Press "Enter" to skip to content

Taylandda təqaüdlə təhsil

Taylandda təqaüdlə təhsil

BAYRAQDAR MEDİA – Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tayland Təqaüdləri Proqramı elan olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Proqram çərçivəsində Taylandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur. Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir. Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla link vasitəsilə tanış olmaq mümkündür”.

Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizədlər müraciətlərini birbaşa müvafiq Tayland ali təhsil müəssisələrinə təqdim etməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.