Son yeniləmə: 18 Mart 2026
BAYRAQDAR MEDİA – Ege Universitetinin Ekin Rəqs Topluluğu tərəfindən səhnələşdirilən “Uca Dağlar” adlı ənənəvi rəqs tamaşası sənətsevərlərə möhtəşəm bir vizual təqdimat bəxş edib. Tamaşa universitetin Prof. Dr. Yusuf Vardar MÖTBE Mədəniyyət Mərkəzində keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Erzurum, Kars, Ardahan və Ağrı bölgələrinin xalq rəqsləri və musiqilərini özündə birləşdirən proqram orijinal xoreoqrafiya ilə təqdim olunub: “Layihə konservatoriyanın müəllim heyəti və tələbələrinin birgə zəhməti nəticəsində hazırlanıb. Doğu Anadolunun zəngin mədəni irsi ənənəvi rəqslərin estetikası ilə birləşdirilərək tamaşaçılara təqdim olunub. Səhnə quruluşu, musiqi və rəqs performansları izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Gecənin sonunda universitet rektoru Prof. Dr. Musa Alcı yaradıcı heyətə təşəkkür edərək onlara gül təqdim edib”.






İlk şərhi yaza bilərsiniz