Press "Enter" to skip to content

Yasamalda yeni işıqforlar

Yasamalda yeni işıqforlar

BAYRAQDAR MEDİA – Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni quraşdırılan işıqforlar işə salınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sözügedən Mərkəz tərəfindən nəqliyyat və piyada bölməli 9 ədəd quraşdırılan yeni işıqforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir. Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi layihəsi çərçivəsində icra edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.