Prof. Dr. Mehmet Yüce Türkiyənin Daşkəndəki Səfirliynin mətbuat müşaviri təyin edilib
BAYRAQDAR MEDİA – Türkiyənin görkəmli ziyalılarından biri, türk dünyasının və Azərbaycanın səmimi dostu, eyni zamanda BAYRAQDAR MEDİA-nın yaxın dostlarından olan Prof. Dr. Mehmet Yüce Türkiyə dövləti tərəfindən yüksək vəzifəyə təyin olunub. Belə ki, o, Türkiyəninın Daşkənddəki Səfirliyinin mətbuat müşaviri vəzifəsinə təyin edilib.
Bu barədə məlumatı Prof. Dr. Mehmet Yüce şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Prof. Dr. Mehmet Yüce artıq yeni vəzifəsinin icrasına rəsmi şəkildə başlayıb. O, türk dünyasına xidmətini bundan sonra da bu məsuliyyətli postda uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.
Yeri gəlmişkən, bir müddət Azərbaycanda da çalışan professor, UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı olub. Prof. Dr. Mühmet Yüce həmin illərdə formalaşan CASCFEN sədri yanında Məşvərət Məclisinin üzvlərindən biri kimi həm Azərbaycanda çalışdığı dönəmdə, həm də Türkiyədə olduğu müddətdə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin türk dünyası ilə bağlı fəaliyyətlərinə də yaxından dəstək verib.
BAYRAQDAR MEDİA ailəsi olaraq Prof. Dr. Mehmet Yüceye yeni vəzifəsində uğurlar arzu edirik.






İlk şərhi yaza bilərsiniz