Press "Enter" to skip to content

İZAZDER yenə fərqləndi

Bayram konserti

Novruz bu dəfə İzmirdə bir başqa cür yadda qaldı

BAYRAQDAR MEDİA – Türk dünyasının əsas bayramlarından olan Novruz bu il də maraqlı anlarla yadda qaldı. Öz növbəsində qardaş Türkiyənin İzmir şəhərində bu bayram bir başqa cür yadda qaldı. Belə ki, martın 21-də İzmir Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan Türk Dünyası Bahar Bayramı – Novruz Şənliyi qardaşlıq, birlik və qürur dolu bir atmosferdə qeyd olunub.

Azəbaycan stendi
Azəbaycan stendi

Bu barədə BAYRAQDAR MEDİA-ya İzmir Azərbaycan Dərnəyindən (İZAZDER) məlumat verilib.

Məlumata görə, öz fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan İZAZDER yenə də müsbət mənada fəqrlənib: “İZAZDER olaraq bu əhəmiyyətli tədbirdə iştirak edərək Azərbaycan stendimizi qurduq və Novruz coşqusunu qonaqlarla birlikdə yaşadıq. Stendimizdə keçirilən ənənəvi yumurta döyüşdürmə mərasimi, həmçinin təqdim olunan şəkərbura və paxlava ziyarətçilər tərəfindən böyük maraqla qarşılanaraq tədbirə xüsusi rəng qatdı”.

Çinarə Məlikzadə
Çinarə Məlikzadə

Məlumatda deyilir ki, bayram tədbiri boyunca İZAZDER-in stendi xüsus maraqla qarşılanıb. Öz növbəsində Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugay, Qazaxıstanın İzmir Baş konsulu Bauyrjan Akatayev, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin İzmir Baş konsulu Mustafa Davulcu və TÜRKSOY-un Türkmənistan üzrə nümayəndəsi Laçın Ovezgeldiyevaya İZAZDER-in stendini ziyarət edərək, üzvlərlə bayramlaşıblar.

Bayramdan xatirə fotosu
Bayramdan xatirə fotosu

Bayram tədbirinə bir başqa rəng qatan isə İZAZDER-in təşəbbüsü ilə İzmirə dəvət olunan sənətçi Çınarə Məlikzadə olub. Çinarə Məlikzadənin ifasinda səslənən nəğmələr iştirakçılarda xoş ovqat yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.