Press "Enter" to skip to content

31 Mart soyqırımına həsr olunmuş sərgi

31 Mart soyqırımına həsr olunmuş sərgi

BAYRAQDAR MEDİA – 31 Mart soyqırımından 108 il ötür. Gənc nəsildə tarixi yaddaşı gücləndirmək, milli faciələr barədə dolğun məlumat təqdim etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə Azərbaycan xalqına qarşı 1918-ci ilin mart hadisələri zamanı törədilmiş soyqırımı faktlarını əks etdirən nəşrlər, arxiv materialları və müxtəlif elmi ədəbiyyatlar nümayiş olunur. Burada Azərbaycanın müxtəlif bölgələrində baş vermiş qırğınlarla bağlı faktların, sənədlərin, həmçinin yerli və xarici müəlliflərin araşdırmalarının yer aldığı “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II beynəlxalq elmi konfransın materialları, “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası”, “Soyqırımlar xalq yaddaşında. Beynəlxalq elmi konfransın materialları”, “Soyqırım cinayəti (beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhklər toplusu)”, “Soyqırımı tarixinin dastanı” və digər nəşrlər var”.

Sərgidə nümayiş olunan nəşrlərin elektron variantını oxucular kitabxananın rəsmi saytından da əldə edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.