Press "Enter" to skip to content

Bakıda Bahar ətirli tədbir

“Bahar , pillələr və addımar” yaradıcılıq sərgisində nəsillər bir araya gəldi

BAYRAQDAR MEDİA – Bakıda bahar ətirli daha bir tədbir keçirildi. Xətai Sənət Mərkəzində peşəkarlarla gənc nəslin nümayəndələri “Bahar, pillələr və addımlar” yaradıcılıq sərgisində bir araya gəldi. Heykəltəraş, zərgər, qrafika rəssamı, yağlı boya rəssamı, moda ustası və fotoqraflar öz yardıcılıqlarını uşaqların sadə, saf baxışından doğan bahar mənzərələri ilə bir arada sərgilədi.

Açılış zamanı
Açılış zamanı

Sərginin təşkilatçıları Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi, dəstəkçilər isə Azərbaycan Rəssamlar İttifaqı, Xətai rayon İcra Hakimiyyəri və Xətai Beynəlxalq Akvarel Qalereyası idi.

Nümayiş olunan əsərlər
Nümayiş olunan əsərlər

Sərgidə Xətai Uşaq Yaradıçılıq dərnəyinin üzvlərilə yanaşı başqa yaradıcılıq dərnəklərinin üzvləri də öz yaradıcılıqlarını təqdim etdilər. Qeyd edək ki, pillələrdə ümid, addımlarda inamla baharın nəfəsini rənglərə çevrilən sərginin ekpoziyası xoş təəssüratlar yaratdı.

“Kecmişdən gələcəyə qalan miras” - müəlliif Səbinə Əfəndiyeva
“Kecmişdən gələcəyə qalan miras” – müəlliif Səbinə Əfəndiyeva

Sərgini giriş sözü ilə açan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov təsviri sənətin çox böyük ünsiyyət vasitəsi olduğunu dedi.

"Bahar ətirli qızılgüllər"- müəllif Səkinəxanım Manafova
“Bahar ətirli qızılgüllər”- müəllif Səkinəxanım Manafova

Mərasimdə həmçinin sərginin təşkilatçılarından olan Xətai Sənət Mərkəzinin müəllimi, rəssam Gunduz Hunlar, rəssam Nazim Şah, 2 № UİM müəllimi Elçin Salahov, suluboya rəssamı Rahim İbrahimov, heykəltəraş Fərid Rzayev, qrafika rəssamı Zaur Mirzəyev, rəssam Şahin Hüseynli, rəssam Validə Əsəd, rəssam Ceyhun Mürşüdov, şair – yazıçı Emil İsmayılov çıxış etdilər.

“Bahar qızı Nuriyyə” -Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm
“Bahar qızı Nuriyyə” -Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm

Çıxışlarda bildirildi ki, tədbirin məqsədi incəsənətin müxtəlif istiqamətində çalışan peşəkarların yaradıcı gənclərlə ünsiyətinə nail olmaq, gəncliyin fəalliyyətini çox şaxəliliyə istiqamətləndirməkdən ibarətdir.
Sonra sərgiyə baxış keçirildi.

Heykəltaraşlıq nümunələri
Heykəltaraşlıq nümunələri

Qeyd etmək yerinə düşər ki, rəssam Səbinə Əfəndiyevanın kətan üzərində yağlı boya ilə çəkilmiş “Kecmişdən gələcəyə qalan miras” və “Bahar qızı Nuriyyə” adlı əsərləri, həmçinin, rəssam Səkinəxanım Manafovanın “Bahar ətirli qızılgüllər” adlı əsəri də iştirakçılar tərəfindən maraqla qarşılanan əsərlər sırasında idi.

Sərgi sertifikat və diplomların verilməsi və canlı musiqi ilə davam etdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.