BAYRAQDAR MEDİA – Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar”.






İlk şərhi yaza bilərsiniz