BAYRAQDAR MEDİA – Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Məlumata görə, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər: “Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub”.
Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
– şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3×4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
– imtahana buraxılış vәrәqәsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz