Press "Enter" to skip to content

Əməkdaşlıq protokolu imzalanıb

Mərasimdən foto

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universiteti (DAÜ) ilə Arkın Yaradıcılıq Sənətləri və Dizayn Universiteti (ARUCAD) arasında əlaqələri inkişaf etdirmək, gücləndirmək və təşviq etmək məqsədilə əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA –ya ARUCAD-dan məlumat verilib.

Bildirilib ki, DAÜ Rektorluğunda keçirilən mərasimdə sənədi DAÜ rektoru Prof. Dr. Hasan Kılıç və ARUCAD rektoru Prof. Dr. Asım Vehbi imzalayıblar: “Tədbirdə DAÜ rektor müavinləri Prof. Dr. Osman M. Karatepe və Prof. Dr. Ali Öztüren, eləcə də Rektorluq ofisinin xüsusi katibi Kazım Hakverdi də iştirak edib. Prof. Dr. A.Vehbi çıxışında DAÜ-nün qonaqpərvərliyinə görə təşəkkür edərək, dünya miqyasında universitetlərin beynəlxalq əməkdaşlıqlara böyük önəm verdiyini, ada universitetlərinin bu sahədə geri qaldığını, DAÜ-nün isə bu boşluğu doldurmaq üçün təşəbbüs göstərdiyini bildirib. O, ölkənin ən köklü universitetlərindən olan DAÜ ilə birlikdə sənət, dizayn və kommunikasiya sahələrində bir çox ortaq layihələr həyata keçirmək istədiklərini vurğulayıb”.

Məlumata görə, Prof. Dr. Hasan Kılıç isə çıxışında DAÜ olaraq digər ali təhsil müəssisələri ilə əməkdaşlıq layihələri inkişaf etdirməyə çalışdıqlarını, imzalanan protokolun bu istiqamətdə atılmış mühüm addım olduğunu qeyd edib: “Universitetlər olaraq hamımız eyni gəmidəyik. Ona görə də bu əməkdaşlıqları əvvəlcə aramızda möhkəm zəminə oturtmalı, sonra ali təhsilin inkişafına birlikdə töhfə verməliyik. ARUCAD, xüsusilə yaradıcı sənətlər və dizayn sahəsində seçilən bir universitetdir. Bu mənalı əməkdaşlıqla uğurlu işlərə imza atacağımıza inanırıq”.

Mərasimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub; Prof. Dr. A.Vehbi DAÜ rektoruna, Prof. Dr. H.Kılıç isə həmkarına xatirə hədiyyəsi verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.