BAYRAQDAR MEDİA – Erciyes Universitetində Novruz Bayramı münasibətilə tədbir keçirilib. Sabancı Mədəniyyət Mərkəzində təşkil olunan proqramda rektor Prof. Dr. Fatih Altun, rektor müavinləri, Kayseri Mədəniyyət və Turizm idarəsinin müdiri, Esnaf və Sənətkarlar Palatası Birliyinin sədri, universitetin baş katibliyi, müəllim və tələbələr iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, tədbirdə Novruz tonqalı alovlandırılıb, örs üzərində dəmir döyülüb və tələbələr tərəfindən bayraq nümayişi keçirilib.
Daha sonra Universitetin Türk Dünyası Musiqi Kollektivi konsert və rəqs proqramı ilə çıxış edib. İfa edilən əsərlər və rəqs nömrələri iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.






İlk şərhi yaza bilərsiniz