Press "Enter" to skip to content

Erzurumda qış turizmi üçün unikal məkan

Peribacaları bölgəsi

BAYRAQDAR MEDİA – Erzurumun qarla örtülü Narman rayonundakı Peribacaları bölgəsinə gələn ziyarətçilər ağ örpəyə bürünmüş ərazidə atlarla dördnala gəzinti ediblər. Şəhər mərkəzindən 90 kilometr uzaqlıqda yerləşən bu peribacaları ABŞ-dakı məşhur Böyük Kanyonla (Grand Canyon) oxşarlığı ilə diqqət çəkir.

Bu barədə erzurumajans.com saytı məlumat verib.

Məlumata görə, ərazidə ümumilikdə 12 ayrı kanyon mövcuddur: “Narman – Pasinler avtomobil yolunun 7-ci kilometrində yerləşən bu təbii abidə bölgədə bir müddətdir təsirli olan yağıntılardan sonra qarla tamamilə örtülüb. Hər il minlərlə yerli və xarici turistin ziyarət etdiyi peribacaları yağan qar sayəsində qırmızı-ağ rəng palitrasına bürünüb”.

Məlumatda deyilir ki, belə mənzərə fotoqraf və təbiət sevərlərin marağını daha da artırır: “Bölgənin əsas turizm potensiallarından biri sayılan peribacalarına atları ilə gələn bəzi ziyarətçilər isə xüsusi maraq doğurub. Onlar kanyonlar arasında at belində gəzinti edərək unudulmaz təcrübə yaşayıb. Qış mövsümündə bölgəyə olan turist axınının da artdığı bildirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.