Press "Enter" to skip to content

Eskişehirdə çörəyə qiymət artımı

Çörək

BAYRAQDAR MEDİA – Eskişehirdə fırınçıların aylardır gözlədiyi çörək qiymət artımı Ticaret Odasının məclis iclasında qəbul edilən qərardan sonra 1 apreldən etibarən qüvvəyə minəcək.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Daxili Anadolu Fırın İşletmecileri Sendikasının qiymət artımı tələbi daha əvvəl dəfələrlə nazirlik tərəfindən rədd edilmişdi: “Lakin mart ayı məclis toplantısında aparılan komissiya dəyərləndirilməsi nəticəsində qiymət artımına nəhayət ki, razılıq verilib. Bu qərar fırınçı esnafının uzun müddətdir gözlədiyi zammı rəsmiləşdirib. Yanvar və fevral aylarında gündəmə götürülməyən çörək qiyməti bu dəfə nazirlik qərarı gözlənilmədən, Ticaret Odası məclisinin təsdiqi ilə müəyyənləşdirilib. Qərara əsasən, 200 qramlıq çörək 17 lirə 50 kuruşdan satışa çıxarılıb”.

Daxili Anadolu Fırın İşletmecileri Sendikasının sədri Musa Kazım Mülazımoğlu bildirib ki, bu zam heç olmasa bir qədər yükü yüngülləşdirəcək. Onun sözlərinə görə, Eskişehirdə simitin artıq 20 lirəyə satıldığı şəraitdə, çörəkdə fırınçı esnafı zərər edirdi. Fırınçılar xüsusən son dövrlərdə yanacaq qiymətlərinin və xammal xərclərinin artması səbəbilə çətin günlər yaşadıqlarını, yeni qiymətin isə artan xərclərlə mübarizədə müəyyən dərəcədə nəfəs imkanı yaradacağını vurğulayırlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.