BAYRAQDAR MEDİA – Martın 31-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Xocavənd şəhərinə 253 nəfərdən ibarət 64 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli vəXocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz