Press "Enter" to skip to content

PAÜ-də türk dünyası tək ürək oldu

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universiteti (PAÜ) türk dünyasının ortaq dəyəri olan Novruzu geniş iştiraklı və rəngarəng tədbirlə qeyd edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, PAÜ İnsan və Cəmiyyət Elmləri Fakültəsi, ALTAY DİLMER, Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümü və Gənclik Mərkəzinin birgə təşkil etdiyi proqramda türk mədəniyyətinin zənginliyi səhnəyə daşınıb: “Tədbir dövlət himni və anım mərasimi ilə başlayıb, daha sonra Müasir Türk Ləhcələri və Ədəbiyyatları tələbələrinin xalq rəqsləri nümayiş olunub. Açılış nitqini PAÜ İTBF dekanı Prof. Dr. Bilal Söğüt edib. Ardınca Pamukkale Gənclik Mərkəzinin müdiri Ömer Yasin Kocalar və Prof. Dr. Soner Sağlam çıxış edərək Novruzun türk dünyasını birləşdirən gücünə diqqət çəkiblər”.

Tədbir Novruzla bağlı tələbələrin çıxışları və ədəbi-bədii proqrmala davam edib.

Sonda tədbirə töhfə verən müəllim və tələbələrə sertifikatlar təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.