Press "Enter" to skip to content

Piyada intizamının möhkəmləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri

Piyada intizamının möhkəmləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri

BAYRAQDAR MEDİA – Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, piyadavurma hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və BDYPİ əməkdaşları ilə birgə təşkil olunub. Sözügedən İdarənin əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.