Press "Enter" to skip to content

Qazaxıstan Prezidentindən azərbaycanlı ictimai fəala təşəkkür

Qazaxıstan prezidentdən azərbaycanlı ictimai fəala təşəkkür

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Elmir Şahsuvarova Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunun hazırlanmasında və keçirilməsində fəal iştirakına görə təşəkkür məktubu göndərib.

Bu haqda BAYRAQDAR MEDİA-ya E.Şahsuvarov özü məlumat verib.

Xəbərdə deyilir ki, “prezidentin təşəkkür məktubunda konstitusiya islahatlarının vətəndaşların hüquq və azadlıqlarının qorunması sistemini əhəmiyyətli dərəcədə gücləndirəcəyini, idarəetmə modelini dəyişdirəcəyini və cəmiyyətin inkişafına güclü təkan verəcəyini qeyd edərək onun biliyinin, təcrübəsinin və peşəkarlığının ölkəyə xidmət etməyə davam edəcəyini qeyd edib. Prezidentin təbrik məktubunu Qazaxıstanın keçmiş idman naziri, hazırda Mangistau vilayəti icra hakimiyyətinin birinci müavini Askad Oralov təqdim edib”.

Qeyd edək ki, E.Şahsuvarov keçən ilin noyabr ayında Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının “Jomart Jan” fərqlənmə nişanı ilə təltif edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.