BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 10 aprel 2026-cı il tarixində saat 11:00-dan etibarən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: AZ2001, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinlərini qəbul edəcək.
Bu barədə DVX-nin məlumatında qeyd edilib.
Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 31 mart – 8 aprel 2026-cı il tarixlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə, Gəncə, Naftalan şəhərləri və Goranboy rayonu Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.






İlk şərhi yaza bilərsiniz