Press "Enter" to skip to content

Universitetlərarası Şura toplantısı 

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Atatürk Universiteti Türkiyə ali təhsil sisteminin gələcəyinə istiqamət verən Universitetlərarası Şuranın (ÜAK) 2026-cı il üzrə 6-cı İdarə Heyəti iclasına ev sahibliyi edib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, YÖK sədri Prof. Dr. Erol Özvarın sədrlik etdiyi toplantıda ÜAK dönəm sədri, Kafkas Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu və 18 universitet rektoru iştirak edib: “Görüş ali təhsildə ortaq qərarvermə və koordinasiyanın gücləndirilməsi baxımından önəmli platforma kimi dəyərləndirilib. Prof. Dr. Erol Özvar çıxışında universitetlərin artıq yalnız tədris müəssisəsi deyil, bilik istehsalı, iqtisadi inkişaf və ictimai tərəqqinin strateji aktorları olduğunu bildirib, say çoxluğundan çox keyfiyyət və istihdama uyğunluğun əsas hədəf seçildiyini vurğulayıb. O, bakalavr təhsilinin üç ilə endirilməsi istiqamətində aparılan işlərin müəyyən yetkinlik səviyyəsinə çatdığını, bu çərçivədə kurikulumların sadələşdirilməsi, kredit sisteminin yenilənməsi və normativ bazanın gücləndirilməsi kimi məsələlərin dəyərləndirildiyini qeyd edib”.
Məlumata görə, toplantıda həmçinin qısa müddətli təcrübə proqramları əvəzinə tələbələrin istehsal proseslərinə birbaşa qatıldığı işyeri əsaslı təhsil modellərinin yayğınlaşdırılması, məzunların məşğulluq göstəricilərinin yüksəldilməsinə xidmət edən tətbiqi tədrisin önəmi müzakirə olunub.

İclasın nəticələrinin yaxın müddətdə konkret siyasətlərə çevriləcəyi və universitetlər arasında koordinasiyanı daha da gücləndirəcəyi gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.