Press "Enter" to skip to content

Türkologiya araşdırmaları və türk dünyası 

Ardahan Universiteti

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu YÖK sədri Prof. Dr. Erol Özvarın rəhbərliyi ilə keçirilən Doğu Anadolu Projesi Bölgəsi Universitetlər Birliyinin (ÜNİDAP) 8-ci dövr toplantısında iştirak edib. Erzurum Texniki Universitetinin ev sahibliyi etdiyi iclas “Kənd inkişafında süni intellektdən istifadə və rəqəmsallaşma” mövzusuna həsr olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, tədbirdə region universitetlərinin rektorları ali təhsildə yeni çevrilmə prosesləri və strateji hədəfləri müzakirə ediblər: “TRT Erzurum Radiosunda canlı yayımlanan “Bölgə gündəmi” verilişinə qonaq olan Prof. Dr. Ö.Emiroğlu universitetin strateji inkişaf vizyonunu kənd təsərrüfatı, heyvandarlıq, xarici ticarət, turizm və səhiyyə istiqamətlərində ətraflı şərh edib. O, Ardahanın strateji coğrafi mövqeyini elmi üstünlüyə çevirməyi hədəflədiklərini, bu çərçivədə Türkologiya Araşdırmaları İnstitutunun yaradılmasını planlaşdırdıqlarını açıqlayıb. Qeyd edilib ki, İnstitut vasitəsilə türk dünyasının dil, mədəniyyət və incəsənət xəzinəsinin inventarlaşdırılması, Bakı Türkologiya Konqresinin 100 illiyi münasibətilə beynəlxalq tərəfdaşlıqlarla elmi körpü qurulması nəzərdə tutulur. Rektor Orta Asiya ilə elmi inteqrasiyanın əsas şərti olan dil məsələsinin həlli üçün akademik tədqiqatlara prioritet veriləcəyini vurğulayıb. Verilişin sonunda o, universitetin regional inkişaf və elmi tərəqqi yolundakı hədəflərini ümumiləşdirərək dinləyicilərə yaxşı arzularını çatdırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.