Press "Enter" to skip to content

Beynəlxalq əməkdaşlıqda yeni addım

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti beynəlxalqlaşma strategiyası çərçivəsində Avropa ali təhsil məkanında əməkdaşlıqlarını gücləndirməyə davam edir. Bu məqsədlə Almaniyada yerləşən Katholische Fachhochschule Nordrhein-Westfalen ilə institutlararası əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, razılaşma çərçivəsində Xəstəxanada Qulluq (Tibb bacılığı) sahəsində qarşılıqlı tələbə və müəllim mübadiləsi, bakalavr və magistratura səviyyələrində təhsil mobilliyi, həmçinin akademik heyət üçün qarşılıqlı dərs demə fəaliyyətləri həyata keçiriləcək: “Tərəflər ECTS uyğunluğu, fənlərin avtomatik tanınması, tələbə dəstək xidmətləri və beynəlxalq qonaqlar üçün məsləhət mexanizmlərinin təmin olunmasını öhdələrinə götürürlər. Bu əməkdaşlıq layihəsi universitetin Sağlamlıq Elmləri Fakültəsinin Xəstəxanada Qulluq Bölməsindən araşdırmaçı Bahadır Dinçin təşəbbüsü ilə gerçəkləşib. Yeni saziş Bilecik Şeyh Edebali Universitetinin Avropadakı akademik şəbəkələrini genişləndirərək tələbə və heyətə Almaniyada bu sahədə köklü ənənələri olan bir qurumda beynəlxalq təcrübə qazanmaq imkanı verir”.

Universitet rəhbərliyi qlobal miqyasda akademik əməkdaşlıqları artırmaq və keyfiyyətli beynəlxalqlaşma fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını bəyan edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.