BAYRAQDAR MEDİA – 29–30 mart 2026-cı il tarixlərində Azərbaycan Texniki Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə stronqmen, stronqmen deadlift, strikt kyorl, stritliftinq və armliftinq idman növləri üzrə ölkə çempionatı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “çempionatda şəhər və rayonlardan, idman cəmiyyətlərindən və klublardan ümumilikdə 100-dən çox idmançı fərqli kateqoriyalar üzrə mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda 80kq çəki dərəcəsində iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş leytenant Rövşən Xəlilov stronqmen və stronqmen deadlift (ağırlığın yerdən qaldırılması) kateqoriyaları üzrə bütün rəqiblərini üstələyərək iki qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalib GİN-in təsis etdiyi diplom və medal ilə təltif olunub”.
Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş R.Xəlilov Azərbaycanın fəxri idman ustasıdır.






İlk şərhi yaza bilərsiniz