BAYRAQDAR MEDİA – 2-ci Beynəlxalq Qastronomiya və Aşpazlıq Yarışmasında Iğdır TOBB Turizm Peşə və Texniki Anadolu Liseyi Doğu Anadolu bölgəsi birincisi olaraq böyük uğur qazanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, beləliklə, məktəbin gənc aşpazları Iğdırı Ankara şəhərində keçiriləcək Türkiyə finalında təmsil edəcəklər: “Türkiyə Odalar və Birjalar Birliyinin Turizm Peşə Liseyinin şagirdləri 2026-cı ildə baş tutan yarışmada nümayiş etdirdikləri yüksək səviyyəli çıxışla rəqiblərini geridə qoyaraq bölgə kubokunu Iğdıra gətiriblər. Koordinator müəllim Sevgi Kiraz Asmanın rəhbərliyi ilə uzun müddət hazırlaşan komandaya Iğdır mətbəxinin qədim dadlarını müasir təqdimatla birləşdirmələri qələbə qazandırıb”.
Məlumatda deyilir ki, yarış menyusu da maraq doğurub: “Başlanğıcda Gökhan Gürelin hazırladığı ənənəvi Katık aşı, əsas yeməkdə Hamit Can Coşutun bişirdiyi, Iğdırın coğrafi işarə almış ləzzəti Bozbaş, şirniyyat olaraq isə Ece Naz Kaya tərəfindən təqdim edilən, unudulmaq üzrə olan Kavut halvası münsiflərin yüksək qiymətini qazanıb. Bölgə birinciliyi sayəsində finala yüksələn gənclər Ankarada keçiriləcək Türkiyə çempionatında Şərqi Anadolu bölgəsini təmsil edəcək və hədəflərinin ölkə birinciliyi olduğunu vurğulayıblar”.






İlk şərhi yaza bilərsiniz