BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin (SDÜ) Mülki Aviasiya Yüksək Məktəbi tələbələrinin təşkil etdiyi “HÜRKUŞ: Xəyallarımın azad qanadları” adlı tədbirdə TUSAŞ HÜRKUŞ təyyarəsinin ilk sınaq pilotu Murat Özpala tələbələrlə görüşüb.
Bu barədə SDÜ-nun məlumatında qeyd edilib.
Məluamat görə, Prof. Dr. M.Lütfü Çakmakçı Mədəniyyət Mərkəzində keçirilən proqramda rektor müavini Prof. Dr. Nihat Ayyıldız, məktəb rəhbərliyi, THK nümayəndələri, müəllim və tələbələr iştirak ediblər: “Açılış nitqində Prof. Dr. Ayyıldız Murat Özpalanın illərə söykənən uçuş təcrübəsi və milli aviasiyanın inkişafına verdiyi töhfələrlə gənclər üçün ilham mənbəyi olduğunu qeyd edib. Çıxışına “xəyallara gedən yolda ən böyük maneə insanın öz potensialını dərk etməməsidir” fikri ilə başlayan M.Özpala, hər bir insanın “qanadları” olduğunu, lakin çoxunun bunu gec fərq etdiyini bildirib və “fikri, irfanı, vicdanı azad olmayan fərd xəyallarına çata bilməz” deyib. O, uçuşun yalnız texniki proses deyil, eyni zamanda həyatı dərindən dərk etməyə imkan verən məktəb olduğunu, aviasiyanın səhvə dözümsüz, yüksək intizam və soyuqqanlı qərarvermə tələb edən sahə olduğunu vurğulayıb.
Tədbir sual-cavab hissəsi ilə davam edib, sonda Murat Özpalaya SDÜ rəhbərliyi və Türk Hava Kurumu tərəfindən hədiyyə və plaket təqdim olunub.





