Press "Enter" to skip to content

Müəllimlərin attestasiyası ilə bağlı məlumatlandırıcı görüş

Müəllimlərin attestasiyası ilə bağlı məlumatlandırıcı görüş

BAYRAQDAR MEDİA – Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan və Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşün məqsədi sözügedən Nazirliyin incəsənət təhsili sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarının izah olunması, proqram mövzularının sistemli şəkildə təqdim edilməsi və attestasiyaya hazırlıq prosesinə dəstək göstərməkdir. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən görüşdə müəllimlərin attestasiyasının mahiyyəti, hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular barədə söhbət açılıb, tövsiyələr diqqətə çatdırılıb”.

Qeyd edək ki, MEMİM tərəfindən bundan əvvəl Bakıda və bölgələrdə bu qəbildən görüşlər təşkil olunub. Digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.