Press "Enter" to skip to content

TMT-nin qurucuları unudulmur

Hacı İsmail Sadıkoğlu

Kuzey Kıbrısda milli mübarizənin fəal iştirakçılarından olan Hacı İsmail Sadıkoğlunun xatirəsi aprelin 2-də Lefkoşada məzarı başında yad ediləcək

BAYRAQDAR MEDİA – Kıbrıs türk xalqının tanınmış və hörmət edilən şəxsiyyətlərindən biri olan mərhum Hacı İsmail Sadıkoğlu vəfatının 30-cu ildönümü münasibətilə anılacaq. Anım mərasimi 2 aprel cümə axşamı saat 10:00-da Lefkoşa şəhərində yerləşən qəbiristanlıqda mərhumun məzarı başında keçiriləcək. Tədbir çərçivəsində çıxışlar ediləcək, dualar oxunacaq və onun həyat yolu, fəaliyyəti və xidmətləri bir daha yad olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya mərhumun ailəsində məlumat verilib.

Qeyd edilib ki, Kıbrıs türk xalqının varoluş mübarizəsində mühüm rol oynamış İsmail Sadıkoğlu ilk olaraq Volkan Teşkilatını qurmuş, daha sonra isə Türk Mukavemet Teşkilatının qurucuları sırasında yer almışdır: “O, milli mübarizə illərində göstərdiyi fədakarlıqla yanaşı, ölkənin ticarət və vətəndaş cəmiyyəti həyatında da fəallığı ilə seçilmiş, təşəbbüskarlığı və insanlara olan sevgisi ilə cəmiyyətin inkişafına töhfə vermişdir. Bir çox təşkilatda fəaliyyəti ilə gənc nəslə nümunə olan Sadıkoğlunun xatirəsi Kıbrıs türk cəmiyyətində bu gün də böyük ehtiramla yad edilir”.

Qeyd edək ki, Hacı İsmail Sadıkoğlu 1 mart 1933-cü ildə Sinde kəndində anadan olub. O, 2 aprel 1996-cı ildə Boğaztepe qəsəbəsində vəfat edib. Onun milli mübarizə tarixində və ictimai həyatda göstərdiyi xidmətlər Kıbrıs türk xalqının yaddaşında xüsusi yer tutur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.