Press "Enter" to skip to content

Vərəmlə bağlı görüş

Vərəmlə bağlı görüş

BAYRAQDAR MEDİA – 30 mart tarixində deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə parlamentarilərin vərəmlə mübarizə üzrə Qlobal Koalisiyası ilə birgə Ümumdünya Vərəmlə mübarizə gününə həsr olunmuş “Öhdəlikdən Fəaliyyətə: Vərəmin aradan qaldırılmasına parlamentlərin rolu” adlı görüş keçirilib.

Bu haqda BAYRAQDAR MEDİA-ya deputat özü məlumat verib.

Xəbərdə deyilir ki, “görüşdə dünyanın müxtəlif ölkələrindən olan parlament üzvlərini bir araya gələrək, vərəmlə mübarizədə cavab tədbirlərinin gücləndirilməsində qanunvericilərin mühüm rolunu müzakirə ediblər. Tədbiri giriş sözləri ilə açan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilərin Vərəm əleyhinə Qlobal Koalisiyasının (Global TB Caucus) həmsədri P.Vəliyeva Azərbaycanda vərəmlə mübarizə sahəsində mühüm irəliləyişlərin əldə olunduğunu, ümumi xəstələnmə göstəricisinin davamlı şəkildə azaldığını rəqəmlərlə təqdim edib”.

Sonra xəbərdə, “deputat bildirib ki, bu azalma tendensiyası həyata keçirilən ictimai səhiyyə tədbirlərinin və hədəfli müdaxilələrin effektivliyini əks etdirir. Yeni diaqnoz qoyulan vərəm hallarının sayında da oxşar dinamika müşahidə olunur. Yeni halların ardıcıl şəkildə azalması erkən aşkarlama, profilaktika və müalicə strategiyalarında əldə olunan irəliləyişləri sübut edir. Görüş çərçivəsində ABŞ-nin Çikaqo Hüquq Məktəbinin insan hüquqları üzrə eksperti, professor Brayan Sitro Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm haqqında qanunvericilikləri ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edib. O, sözügedən tədqiqat layihəsinin tövsiyələrini diqqətə çatdırıb və onların mövcud milli vərəm qanunvericiliyinin gücləndirilməsi üçün əhəmiyyətini vurğulayıb” deyə bildirilir.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya, Esvatini və Azərbaycandan olan parlament üzvləri tərəfindən milli prioritetlər və vərəmlə mübarizəni sürətləndirmək üçün qanunvericilik təşəbbüsləri ilə bağlı çıxışlar edilib.

Sonda isə parlamentarilər bu sahədə mümkün növbəti addımları əks etdirən tədbirlə planını qəbul ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.