BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa BAYRAQDAR MEDİA-nı 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.
Komitə sədri bildirib ki, 1 aprel 2021-ci ildən etibarən bayraqdar.info adı ilə fəaliyyətə başlayan bu media resursu milli informasiya məkanında özünəxas mövqe qazanaraq prinsipiallıq və vətənpərvərlik xətti ilə seçilən güvənli söz tribunalarından birinə çevrilib: ““Hər zaman öndə!” şüarını yalnız deviz kimi deyil, fəaliyyət prinsipi kimi doğrultmağa çalışan BAYRAQDAR MEDİA bu gün ictimai rəyin formalaşmasında fəal iştirak edən, milli maraqları qətiyyətlə müdafiə edən platformadır”.
F.Mustafa vurğulayıb ki, BAYRAQDAR MEDİA-nın fəaliyyəti Azərbaycanın çağdaş media mühitində məsuliyyətli jurnalistikanın örnəyi kimi diqqət çəkir: “Bu media qurumunun milli-mənəvi dəyərlərin, dilimizin saflığının qorunması, cəmiyyətin özəlliklə tarixi ideallarımız və Türk dünyası ilə bağlı maarifləndirilməsi yönündə fəaliyyəti xüsusi təqdirə layiqdir. 5 illik yubiley münasibətilə BAYRAQDAR MEDİA-nın qurucu-baş redaktoru Əməkdar jurnalist Azər Həsrətə və kollektivə yeni yaradıcılıq uğurları, geniş oxucu auditoriyası və daim yüksələn inkişaf yolu arzulayıram!”.






İlk şərhi yaza bilərsiniz