BAYRAQDAR MEDİA – Aprelin 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Sonra idmançılar beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir idmançıları və onların məşqçilərini təbrik edib. F.Qayıbov çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycanın Dövlət Himni 12 ölkədə səsləndirilib. Bu ay idmançılar ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar”.
Beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.






İlk şərhi yaza bilərsiniz