Press "Enter" to skip to content

Nazir Naxçıvana səfər edib

Nazir Naxçıvana səfər edib

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvana səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “səfər çərçivəsində nazir Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Naxçıvanın Baş naziri Cabbar Musayev ilə görüşüb. Görüşlərdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və dövlət dəstəyi tədbirlərinin bu sistem vasitəsilə aparılması, təsərrüfatların su ilə təminatında yaranan çətinliklərin aradan qaldırılması imkanları və müasir suvarma sistemlərinin genişləndirilməsi məsələləri müzakirə edilib. Prezident İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində kənd təsərrüfatı fəaliyyətlərinin genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından olub. Səfər çərçivəsində M.Məmmədov Naxçıvan KTN-in kollektivi ilə görüşüb. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb”.

Sonra xəbərdə, “görüş zamanı Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün EKTİS-ə keçid prosesinin sürətləndirilməsi, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər, aqrar sahədə kooperativlərin, ailə kəndli təsərrüfatlarının yaradılması və qeydiyyatı, yerli toxumçuluğun inkişaf etdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili, peyvəndləmə və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim və təcrübə proqramlarının tətbiqi, vahid Çağrı Mərkəzinin qurulması, rayon və kəndlər üzrə becərilən bitkilərin sahəsi, əkin növü, bitki növləri üzrə su tələbatının müəyyənləşdirilməsi və aylar üzrə tələb olunan su sifarişinin tərtib olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

Nazir kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.