BAYRAQDAR MEDİA – Anadolu Universiteti İnformasiya Texnologiyaları Peşə Yüksək Məktəbi “C++ ilə Oyun Proqramlaşdırma Atelyesi” təşkil edib. Seminar İctimaiyyətlə Əlaqələr Fakültəsinin Lab 209 otağında keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat veirlib.
Məlumata görə, Gamelab İstanbulun qurucusu Noyan Culumun spiker kimi qatıldığı atelyedə tələbələrlə oyun proqramlaşdırma mövzusunda dəyərli bilgilər paylaşılıb: “Təlimin əvvəlində Culum proqram təminatı sənayesinin tarixi olaraq oyun yazmaq məqsədilə formalaşdığını, 1980-ci illərin texnoloji motivasiyasının mərkəzində oyunların dayandığını vurğulayıb. O, “Yazılım sənayesi oyun yazmaq üçün qurulub. Kompüterlər və proqramlar əvvəlcə oyun yaratmaq məqsədilə ortaya çıxıb, sonradan fərdi kompüterlərin ixtirası ilə tətbiq proqramlarına yönəlib; bu sənayenin qurucuları isə oyun proqramçılarıdır” deyib”.
Məlumata əsasən, N.Culum çıxışında həmçinin “Dünyadakı bütün böyük proqram şirkətləri C++ dilindən istifadə edir. Unity və ya LibGDX kimi mühərriklərdən yararlananlar belə dolayı yolla bu dildən faydalanırlar, çünki C++ kodu birbaşa maşın dilinə çevirən kompilyasiya olunan dildir” fikrini səsləndirib. O, C++ ilə hazırlanmış Glist Engine oyun mühərrikinin tamamilə tələbə və təcrübəçilərin töhfələri ilə formalaşan, davamlı “zəncirvari” təhsil modelinə söykəndiyini də qeyd edib. Proqram iştirakçılarla birgə keçirilən kodlama praktikası ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz