BAYRAQDAR MEDİA – İanəçi Zican Yılmaz dünyasını dəyişən həyat yoldaşı Mustafa Yılmaz və öz adından Pamukkale Universiteti Xəstəxanasına mənalı bir bağış edib. Bağış çərçivəsində xəstəxananın müxtəlif şöbələrində istifadə olunmaq üçün ümumilikdə 35 ədəd su təmizləyici cihaz və su paylayıcı (sebil) təmin edilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Z.Yılmaz, xəstəxanada əlil uşağın anasının su daşımağa çalışdığını görməsinin onu çox təsirləndirdiyini, məhz bu mənzərənin belə bir addım atmağa sövq etdiyini bildirib: “Hər mərtəbəyə yerləşdirilən cihazların xəstə yaxınları və tibb personalının gündəlik ehtiyaclarını daha rahat şəkildə qarşılamağa xidmət edəcəyi qeyd olunub. Bu dəstəyin həm tibbi xidmətlərin daha komfortlu göstərilməsinə, həm də sosial həmrəyliyin güclənməsinə töhfə verdiyi vurğulanıb. Baş həkimlikdə keçirilən mərasimdə rektor Prof. Dr. Mahmud Güngör, rektor müavini Prof. Dr. İbrahim Türkçüer, baş həkim Prof. Dr. Hakan Alkan və Dos. Dr. Gürbüz Akçay iştirak edib və Zican Yılmaza təşəkkür plaketi və təqdir sənədi təqdim olunub”.






İlk şərhi yaza bilərsiniz