BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin (SN) müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasının 3 ili tamam olur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara və şəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan bu xidmət 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir. “Çağrı Mərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən psixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahid platformadan koordinasiyası, bu kateqoriyadan olan vətəndaşlarla proaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə yaradılıb. Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə 148 min 971 müraciət cavablandırılıb. Bunlardan 28 min 244-ü birbaşa daxil olan zənglər, 120 min 727-si isə proaktiv əlaqələrdir. Bu isə Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi və psixoloji xidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir”.
Sonra xəbərdə, “birbaşa daxil olan müraciətlərin 9 min 675-i Bakı-Sumqayıt və Şimal bölgəsi, 12 min 240-ı Qərb bölgəsi, 124-ü Naxçıvan, 2 min 221-i Mərkəzi Aran, 3 min 984-ü isə Cənub bölgəsinin payına düşür. Eyni zamanda, “Çağrı Mərkəzi” tərəfindən həyata keçirilən proaktiv zənglərin 43 min 717-si Bakı-Sumqayıt və Şimal bölgəsi, 50 min 506-sı Qərb bölgəsi, 51-i Naxçıvan, 9 min 876-sı Mərkəzi Aran, 16 min 577-si isə Cənub bölgəsi üzrə qeydə alınıb. Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtında dəstək göstərilir. Hesabat dövründə psixoloji yardım ilə bağlı 3 min 528 müraciət SN-in ixtisaslaşmış qurumlarına yönləndirilib. Bununla yanaşı, psixiatrik müayinə və müalicə ilə bağlı 3 min 481 müraciət daxil olub” deyə bildirilir.
Xəbərdə eləcə də deyilir ki, “reabilitasiya xidmətləri çərçivəsində ümumilikdə, 3 min 687 müraciət aidiyyəti tibb müəssisələrinə yönləndirilib. Onlardan 2 min 799-u Sanator-Kurort Reabilitasiya Mərkəzinə, 561-i Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna, 294-ü Göygöl Kardiorevmatoloji Sanatoriyasına göndərilib. Eyni zamanda, 33 şəhid övladı Respublika Uşaq Sanatoriyasında müalicə almaq üçün yönləndirilib. Fəaliyyət dövründə “Çağrı Mərkəzi”nə 1 min 411 təşəkkür zəngi daxil olub ki, bu da göstərilən xidmətlərin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir”.
Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi” həftənin bütün günləri, günün 24 saatı fasiləsiz fəaliyyət göstərir və daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edir. Bu xidmət Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən davamlı dövlət qayğısının mühüm nümunəsidir.






İlk şərhi yaza bilərsiniz