BAYRAQDAR MEDİA – Ardahan Universiteti “Ulusal Firefighter Challenge” Universitetlərarası Afet İdman Oyunları Türkiyə Çempionatına ev sahibliyi edəcək.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, “Survivor Ardahan” kimi təqdim olunan bu böyük təşkilat tələbələr arasında həm yarış, həm də maarifləndirmə missiyası daşıyır: “Yarışma Göle Peşə Yüksək Məktəbinin Mülki Müdafiə və Yanğından Mühafizə Proqramının koordinatorluğu ilə keçiriləcək. Tədbir, eyni zamanda, Sağlamlıq, Mədəniyyət və İdman Dairə Başkanlığı nəzdində fəaliyyət göstərən Afet İdman Oyunları Klubu ilə Yanğın Axtarış-Xilasetmə Klubunun əməkdaşlığı çərçivəsində reallaşdırılacaq”.
Məlumata görə, çempionatın 20–22 may 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır: “Türkiyə üzrə bütün universitetlərin aidiyyəti bölmə və proqramlarında təhsil alan tələbələr yarışda iştirak edə biləcəklər. Müsabiqəyə müraciətlər 16 mart – 30 aprel 2026 tarixləri arasında qəbul olunacaq. Şöhrət qazandıran bu yarışmada tələbələr yanğına müdaxilə, axtarış-xilasetmə texnikaları, dözümlülük və sürət tələb edən müxtəlif parkurlarda bacarıqlarını sərgiləyəcəklər. Təşkilatın məqsədi həm gənclərdə fəlakət və fövqəladə hallara hazırlıq şüurunu artırmaq, həm də mülki müdafiə və yanğınsöndürmə sahəsində təhsil alan tələbələrin peşəkar hazırlıq səviyyəsini yüksəltməkdir”.






İlk şərhi yaza bilərsiniz