BAYRAQDAR MEDİA – Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Badminton Federasiyası (ABF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ABF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir. Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur”.
Memorandum sözügedən Komitənin prezidenti Mövlud Mirəliyev və ABF-in baş katibi Əjdər Cəfərov tərəfindən imzalanıb.






İlk şərhi yaza bilərsiniz