Cevdet Yılmaz: Ailə məclisimizin bütün dəyərli üzvlərini KKTC ilə əlaqələri gücləndirməyə, təmasları artırmağa və onun beynəlxalq ictimaiyyətdəki haqlı mövqeyini dəstəkləməyə dəvət edirəm
BAYRAQDAR MEDİA – Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) toplantısında çıxış edərək bir sıra məsələlərə toxunub. O, çıxışında, həmçinin təşkilata üzv ölkələri Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) ilə münasibətləri gücləndirməyə çağırıb.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata əsasən, C.Yılmaz Azərbaycanın paytaxtı Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və prezident müavinlərinin toplantısında çıxışı zamanı bildirib ki, “Strateji mövqeyə malik olan Kipr adası regionda baş verən son hadisələr fonunda bu gün daha da böyük əhəmiyyət qazanıb”.
O, təşkilatın müşahidəçi üzvü olan KKTC-nin Baş naziri Ünal Üstelin toplantıda iştirak etməsindən böyük məmnunluq duyduqlarını da bildirib və əlavə edib:“Prezident cənab İlham Əliyevə və Baş nazir cənab Əli Əsədova Kıbrıs türk xalqının haqlı mübarizəsinə verdikləri güclü dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Strateji mövqeyə malik olan Kipr adası regionda baş verən son hadisələr fonunda bu gün daha da mühüm əhəmiyyət kəsb edir. Buna görə də KKTC-ni həmin coğrafiyada Türk dünyasının ortaq varlığını və ümumi maraqlarını təmsil edən bir unsur kimi qiymətləndirməliyik. Bu çərçivədə ailə məclisimizin bütün dəyərli üzvlərini KKTC ilə siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirməyə, təmasları artırmağa və onun beynəlxalq ictimaiyyətdəki haqlı mövqeyini dəstəkləməyə dəvət edirəm.”






İlk şərhi yaza bilərsiniz