Press "Enter" to skip to content

“Həqiqi zəka və süni zəka” simpoziumu

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Erciyes Universiteti Nöroelm Klubunun təşkilatçılığı ilə “Həqiqi zəka və süni zəka” mövzusunda simpozium keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Sabancı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rektor Prof. Dr. Fatih Altun, rektor müavini Prof. Dr. M. Hakan Poyrazoğlu, Tibb fakültəsinin dekanı Prof. Dr. İsmail Dursun, müəllim və tələbələr iştirak ediblər. Açılış nitqində Prof. Dr. Altun qısa müddət əvvəl yol qəzasında dünyasını dəyişən tibb fakültəsi tələbəsi Yaren Mercana rəhmət diləyib, ailəsinə başsağlığı verib. O, insan faktoru olduğu müddətcə süni zəkanın insanların nəzarətində qalacağını, bundan qorxub kənarda durmaqdansa, onu fəal şəkildə istifadə etməyin vacib olduğunu bildirib: “Süni zəka gələcəkdə daha fərqli müqayisə üsullarına keçəcək, amma heç vaxt ruhu olmayacaq. İnsan olduğu yerdə süni zəka sizin idarənizdədir”.

Açılış nitqlərindən sonra elmi sessiyalar keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.