BAYRAQDAR MEDİA – Iğdır Universiteti Diş Həkimliyi Fakültəsinin dekanlığına təyin olunan Prof. Dr. Cenk Fatih Çanakçı üçün təntənəli devir-təslim mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəyə başlayıb.
Bu barədə universitetın məlumatında qeyd edilib.
Məlumata görə, Universitet rəhbərliyi, akademik və inzibati heyətin qatıldığı mərasimdə rektor Prof. Dr. Ekrem Gürel yeni dekanı təbrik edib, ona gül dəstəsi təqdim edib. Rektor bu təyinatın həm universitet, həm də Iğdır şəhəri üçün strateji əhəmiyyət daşıdığını bildirib: “Fatih hocamız sahəsində dəyərli, gənc və çalışqan bir alimdir. Keyfiyyətli diş xəstəxanası və güclü fakültə qurmaq prosesimizdə onun təcrübəsi ilə yanımızda olması bizim üçün böyük məmnuniyyət doğurur”.
O, yeni dövrdə ixtisaslaşmış stomatoloji xəstəxananın qurulması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb. Mərasim Iğdırın illərdir arzuladığı müasir diş xəstəxanasına qovuşması üçün başlanğıc nöqtələrindən biri kimi dəyərləndirilib.






İlk şərhi yaza bilərsiniz