Press "Enter" to skip to content

SXA-dan növbəti qəbul

SXA-dan növbəti qəbul

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən növbəti qəbul keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşların müraciətlərini dinləyib və onların araşdırılması, eləcə də həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib. Qəbul zamanı mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və müəssisələrə qəbul üzrə müraciətlər üstünlük təşkil edib. Qeyd edək ki, vətəndaş qəbulları mütəmadi olaraq təşkil edilir və sosial xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir”.

Bildirək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.