Press "Enter" to skip to content

Türkiyədə mühüm görüş

Türkiyədə mühüm görüş

BAYRAQDAR MEDİA – Türkiyədə səfərdə olan “Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli görüşlərini davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya E.Həsənlinin özü məlumat verib.

Xəbərdə qeyd olunur ki, “Türkiyə Böyük Millət Məclisində (TBMM) Milli Müdafiə Komissiyasının sədri, millət vəkili, sabiq müdafiə naziri Hulusi Akar E.Həsənlini və Türkiyə Müharibə Veteranları Birliyinin (TMVB) sədri Bəyazıd Yumuğu qəbul edib. Çox maraqlı keçən görüşdə H.Akar Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib. O, 44 günlük vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında Azərbaycan Ordusunun əldə etdiyi yüksək nailiyyətlərə sevindiyini deyib. H.Akar antiterror tədbirlərini dünya hərb tarixində ən önəmli əməliyyatlardan biri kimi qeyd edib və Azərbaycan Ordusu, Azərbaycan diplomatiyasının qələbəsi ilə sevindiyini bildirib. Həmçinin o, Azərbaycanda səfərdə olduğunu, Prezident İlham Əliyevlə, o cümlədən Silahlı Qüvvələrdə Azərbaycan hərbçiləri ilə görüşlərini xatırladıb. Sədr hərbi yönümlü təşkilatların əməkdaşlığını da yüksək qiymətləndirdiyini söyləyib. İki dövlətin qardaşlığına prezidentlər – Recep Tayyip Erdoğan və İlham Əliyevin verdiyi önəm xüsusi vurğulanıb”.

Daha sonra xəbərdə, “öz növbəsində E.Həsənli yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirib və hərbi yönümlü təşkilatların bundan sonra da əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib. İki dövlət arasında əlaqələrin ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formuluna dayanaraq prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən hər sahədə yüksək səviyyəyə qaldırılması və bu xəttin hər zaman davam etdiriləcəyi vurğulanıb” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “TMVB-nin sədri Türkiyə qazilərinin Azərbaycana, Azərbaycan qazilərinin Türkiyəyə qarşılıqlı səfərlərindən bəhs edib. Eyni zamanda, Türkiyə dövlətinin son zamanlar qazilərə daha çox diqqət ayırdığı və müdafiə komissiyasının sədri kimi H.Akarın bu məsələyə xüsusi diqqət verməsi, Türkiyədə əsgər dərnəkləri ilə tez-tez görüşməsi qeyd olunub. Sonda H.Akar əlaqələrin genişlənməsi üçün həm general kimi, həm millət vəkili kimi həm də parlamet komisiyasının sədri kimi öz üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.