Press "Enter" to skip to content

XİN-lər arasında növbəti konsulluq məsləhətləşmələri

Görüşdən foto

BAYRAQDAR MEDİA – Aprelin 2-də Bakıda Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Baş konsulluq idarəsinin rəhbəri Baxodur Safarzoda rəhbərlik edib.

Görüşdə Tacikistanın Azərbaycandakı səfiri Ilxom Abduraxmon, həmçinin Azərbaycanın Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında ədliyyə, təhsil, əmək, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Tacikistanın nümayəndə heyəti ilə görüşüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.