BAYRAQDAR MEDİA – Ağrının Diyadin rayonunda aprel ayında yağan qar sakinləri təəccübləndirib. Bahar mövsümünün ortasında düşən qar qısa müddətdə rayon mərkəzini və yüksək yerləri ağ örtüklə bürüyüb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, aprelin 5-də səhər saatlarından başlayan qar və ani hava soyuması yolları buzlaşdırıb: “Sürücülər çətinlik çəkib. Bəzi yerlərdə qısa müddətli nəqliyyat problemləri yaranıb, sakinlər hadisələri telefonları ilə qeyd edib”.
Məlumatda deyilir ki, rəsmi qurumlar soyuq havanın bir neçə gün daha davam edəcəyini bildirib. Gələn günlərdə hava temperaturunun normala dönəcəyi gözlənilir. Sakinlərdən və sürücülərdən ehtiyatlı olmaları xahiş edilib.






İlk şərhi yaza bilərsiniz