BAYRAQDAR MEDİA – “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə KTN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İclasda kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi mövzusu geniş müzakirə olunub. Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə rəqəmsal transformasiyanın əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, müasir texnologiyaların, xüsusilə süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır”.
Ardınca xəbərdə, “iclas çərçivəsində aparılan müzakirələr zamanı aqrar sahədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, fermerlərin müasir texnologiyalara çıxış imkanlarının artırılması, innovativ startapların təşviqi və yerli texnologiya istehsalının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz