Press "Enter" to skip to content

Azər Həsrətin romanı təkrar nəşr edildi

Bir əsgərin yaşantıları

BAYRAQDAR MEDİA – Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin 2012-ci ildə dərc edilmiş “Bir əsgərin yaşantıları” adlı romanı ikinci dəfə nəşr edilib.

Müəllifin verdiyi məlumata görə, kitabın yenidən nəşri zərurətdən irəli gəlib. O, bildirib ki, 2012-ci ildə bir min nüsxə ilə çap edilmiş kitab satışa verilməsə də müxtəlif təqtimatlarda oxuculara hədiyyə edilib və tükənib. Buna görə də kitabın yenidən nəşrinə zərurət yaranıb.

Müəllif bildirib ki, kitab 2026-cı ilin aprel ayında “Avrasiya PRESS” nəşriyyatı tərəfindən “İmza” nəşrlər evində 300 nüsxə ilə yenidən nəşr edilib.

Qeyd edək ki, sözügedən roman Azər Həsrətin 1986-1988-ci illərdə Almaniya Demokratik Respublikasında gerçəkləşən hərbi xidməti haqqındadır. Müəllif əsgərlikdə keçirdiyi iki ili tam olaraq qələmə alıb, eyni zamanda kitabda müxtəlif tarixi dövrlərə, öz uşaqlığına və ailə xatirələrinə də ekskurs edib.

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Yeni nəşr də satışda olan deyil, yalnız müəllifin imzasıyla oxuculara hədiyyə ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.