Press "Enter" to skip to content

Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Bu barədə XİN-in məlumatında qeyd edilib.

Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir: “Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək. Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq. Müsabiqə prosesi barədə daha ətraflı məlumatla bu keçiddə tanış olmaq mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.