BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-mart ayları ərzində 20 min 32 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumatda deyilir ki, müavinət ödənişləri 9 min 265 nəfər qız, 10 min 767 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində isə Fond tərəfindən 21 min 723 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Müavinət ödənişləri 10 min 100 nəfər qız, 11 min 623 nəfər oğlan uşağına görə aparılıb.






İlk şərhi yaza bilərsiniz