Press "Enter" to skip to content

Əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, 2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən aydan Gəncə şəhərində də reallaşdırılır: “Layihə ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasına xidmət edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Uşaqları müşayiət edən yaxınları da onlarla birgə həmin xidmətlə əhatə olunurlar”.

Reabilitasiya proseduru bitəndən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.