BAYRAQDAR MEDİA – Aprelin 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Lakin nəzərdə tutulmasına baxmayaraq Colov adasında imtahan keçirilməyib. Buna səbəb yağışlı hava olub.
DİM-in məlumatına əsasən, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı imtahan vaxtı da dəyişdirilib.
İmtahan tarixi dəqiqləşəndə həmin şagirdlərə (3 nəfər) məlumat veriləcək.






İlk şərhi yaza bilərsiniz