Press "Enter" to skip to content

MEK əməkdaşlıq əlaqələrini genişləndirir

MEK əməkdaşlıq əlaqələrini genişləndirir

BAYRAQDAR MEDİA – III Kitabxana və Texnologiya Festivalı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra görüşlər keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “İstanbul Universitetinin qonağı olan MEK nümayəndə heyətini Universitetinin prorektoru Prof. Yahya Güldiken qəbul edib. O, qonaqlara universitetin tarixi, missiyası və nailiyyətləri barədə ətraflı məlumat verib. Həmçinin AMEA ilə İstanbul Universiteti arasında əməkdaşlıq imkanları və birgə beynəlxalq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Sonra İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci ilə hər iki kitabxana arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı H.Hüseynov kitabxananın 100 illik yubileyi münasibətilə nəşr olunmuş jurnalı və Azərbaycan xalçaçılıq sənətini əks etdirən xalça suvenirini türkiyəli həmkarına hədiyyə edib”.

Ardınca xəbərdə, “MEK-in Rəqəmsallaşdırma və innovasiyalar üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov və AMEA-nın Elmi İrs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Kitabxananın Nadir Kitablar və Əlyazmaların Bərpası Mərkəzinin fəaliyyəti ilə tanış olaraq burada tətbiq olunan ən son texnoloji qurğuların iş prinsipi barədə məlumat əldə ediblər. Görüşdə iştirak edən SCOPUS beynəlxalq elmi-metrix bazasında indeksləşən “Bilgi Dünyası” jurnalının redaktoru Ali Kavak tərəfindən təmsil olunan elmi jurnal ilə əməkdaşlıq barədə razılıq əldə olunub. Səfər müddətində Hiperlink Limited Şirketinin direktoru Hayri Yavuz ilə də səmərəli razılaşmalar əldə edilib. MEK ilə həm ənənəvi, həm də elektron resursların qarşılıqlı mübadiləsinin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı xidmətlərin təşkili kimi məsələlər müzakirə olunub. Qərara alınıb ki, cari il ərzində birgə beynəlxalq konfransın keçirilməsi istiqamətində də əməkdaşlıq həyata keçiriləcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.