Press "Enter" to skip to content

Polşada şahmat üzrə şəxsi Avropa çempionatı

Polşada şahmat üzrə şəxsi Avropa çempionatı

BAYRAQDAR MEDİA – Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına başlanılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yarışda 43 ölkədən 502 şahmatçı iştirak edəcək. Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək. Qitə çempionatında təmsilçilərdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli ZuqanovCeyhun Hüseynzadə mübarizə aparacaq. Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq”.

Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.